Yoldaş Düşərgələrə İlgilər :::::
آدیم قاپالی هیجا
آدین آچیق هیجا
سونسوزلوغا گئدیرسن
منسه سورهکلی چیخماز کوچهلرده سومسونورم
گؤزلهرینین درینلییینده
بیر دؤنه گؤمولدوم
بیر قیرپیم...
ایکی قیرپیم...
اوچ...
یئنیدن دوغدوم
گؤزلرینین سونسوزلوغونا گئدیرم
گؤزلرین آچیق هیجا
اورهییم قاپالی
Hicası
Adım qapalı hica
Adın açıq hica
Sonsuzluğa gedirsən
Mənsə sürəkli çıxmaz küçələrdə sümsünürəm
Gözlərinin dərinliyində
Bir dönə gömüldüm
Bir qırpım...
İki qırpım...
Üç...
Yenidən doğdum
Gözlərinin sonsuzluğuna gedirəm
Gözlərin açıq hica
Ürəyim qapalı